Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 17:19:00
2020-ci il üçün tədqiqat işlərinin planı

AMEA Coğrafiya İnstitutu Elmi Şurasının  iclasında Coğrafiya İnstitutunun 2020-ci il üçün elmi-tədqiqat işləri planının müzakirəsi keçirilib.

İnstitutun elmi katibi, c.ü.f.d. Zərnurə Həmidova şöbələrin cari ildə bitmiş elmi-tədqiqat işlərinin yerinə 2020-ci il üçün yeni mövzuları şura üzvlərinə təqdim edib.

Müasir  iqlim  dəyişmələri  fonunda  Azərbaycanın iqtisadi-coğrafi rayonları  iqlim ehtiyatlarının və  sinoptik proseslərin qiymətləndirilməsi (2020-2025-ci il) mövzusu üzrə  “Böyük və Kiçik Qafqaz ərazilərində yerləşən  iqtisadi - coğrafi rayonların gözlənilən iqlim ehtiyatları və sinoptik proseslərin qiymətləndirilməsi (2020-2022-ci illər)”;

Azərbaycanın Xəzərsahili düzən torpaqlarının təbii və antropogen deqradasiyası və ona qarşı mübarizə tədbirləri mövzusu üzrə  “Abşeron-Astara arası Xəzərsahili düzən ekosistemlərində torpaqların təbii və antropogen deqradasiyası və səmərəli istifadəsi (2020-2021-ci illər)”, “Azərbaycan ərazisində mövcud və yeni salınmış yaşıllıqların inkişaf perspektivləri (2020-2022-ci illər)” elmi tədqiqat işlərinin mövzuları təsdiq edilib.