Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 10:02:00
Test üsulu əzbərçi nəsil yetişdirir – Cəmiyyətdə narazılıq

“Test üsulu ilə həyata keçirilən qəbul imtahanları əzbərçi nəsil yetişdirir”

 AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Sorğuda iştirak edən respondentlərin 25,5%-i (102 nəfər) tam razı, 15%- i (59 nəfər) razı, 22,5%-i (90 nəfər) qismən razıdır. Respondentlərin 21%-i (83 nəfər) bu fikir ilə razı deyil,16%-i (64 nəfər) heç razı deyil.

Valideyn və müəllim respondentlərin 20%-i bu fikirlə tam razı, 20%-i razı, 22,5%-i isə qismən razıdır. 15% razı deyil, 22,5% heç razı deyil.

Test üsulu ilə qəbul əzbərçi nəsil yetişdirir’’ fikri ilə razılıq dərəcəsi III qrupu seçən abituriyentlər arasında digər qruplara nisbətdə daha geniş müşahidə edilib.

Maraqlıdır ki, valideynlərlə müsahibə metodu ilə aparılan sorğuda onların bəziləri test üsulunun müsbət tərəfəri ilə yanaşı, şagirdlərdə əzbərçilik yaratdığı, yazı və digər vərdişlərinin zəif inkişaf etməsinə mənfi təsir göstərdiyini qeyd ediblər. Hətta bəzi valideynlər dərslərin sovet dövründəki kimi keçirildiyi düşüncəsindədir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları