Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 15:42:00
Türkiyəli professor Nəsimidən danışıb

AMEA-nın Ədəbiyyat İnstitutunda hürufizmin tanınmış tədqiqatçılarından olan türkiyəli alim  Fatih Usluerin iştirakı ilə “Hürufi qaynaqlarında Seyid Nəsimi” mövzusunda elmi seminar keçirilib.

AzEdu.az xəbər verir ki, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Ey Nəsimi, cahanı tutdu sözün...” II beynəlxalq elmi konfransının tərkib hissəsi olan seminara dəvəti qəbul edib gəldiyinə görə professor Fatih Usluerə təşəkkürünü bildirib.

 Türkiyəli alim məruzəsində Nəsiminin hürufiliyə nə zaman gəlməsi, Fəzlullah Nəimi ilə nə vaxt və harada tanış olması ehtimallarına münasibət bildirib. Alim onların ilk görüşlərinin 1386-1387-ci illərdə Təbrizdə olması ehtimalını irəli sürsə də, Bakıda görüşdüklərini də inkar etməyib.

 Seminarda Ədəbiyyat İnstitutunun alimlərindən filologiya üzrə elmlər doktorları Rəhim Əliyev, İmamverdi Həmidov və Fəridə Əzizova, dosent Zəhra Allahverdiyeva, doktorant Şəmsurə İsmayılova və başqalarının mövzu ilə bağlı sualları cavablandırılıb.