Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 12:13:00
Şamaxı Astrofizika Rəsədxanasında növbəti seminar

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Mars planetinin səthinin spektral parlaqlıq əmsalının araşdırılması üçün qaranlıq obyektin çıxılması üsulunun tətbiqi” mövzusunda astroseminar keçirilib.

Rəsədxanadan AzEdu.az-a bildiriblər ki, seminarda mövzu üzrə məruzə ilə çıxış edən Planetlər və kiçik səma cismləri şöbəsinin elmi işçisi Fazil İsmayılov müasir dövrdə geofiziki informasiya sistemində (GİS) atmosferin, Yer səthinin öyrənilməsi üçün DOS (Qaranlıq Obyektin Çıxılması) üsulundan geniş istifadə olunduğunu bildirib.

Qeyd edilib ki, ilk dəfə DOS üsulu Mars planeti səthinin öyrənilməsi üçün istifadə olunub. Planetin müxtəlif regionlarına dair kosmik təsvirlər emal edilib. Həmin təsvirlərdə planetin səthinin optik təzadlarının təhlili aparılıb.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.