Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 12:36:00
Azərbaycanlı alim beynəlxalq elmi simpoziumda məruzə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Musa Qasımlı Türk Tarix Qurumunun Ankarada təşkil etdiyi “III türk-gürcü münasibətləri” adlı beynəlxalq elmi simpoziumda iştirak edib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Türkiyə və Gürcüstan alimlərinin iştirak etdiyi beynəlxalq elmi simpoziumda Musa Qasımlı “Azərbaycan-Gürcüstan münasibətləri” mövzusunda məruzə edib.

Azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb.