Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 16:00:00
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.

AMEA-dan  AzEdu.az-a bildirilib ki, vakant yer müəssisənin Azərbaycan dilinin tarixi şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi və yuxarıda göstərilən elm sahəsində iş təcrübəsi olan elmi işçilər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Bakı şəhəri, H.Cavid prospekti, 115, V mərtəbə

Telefon: (+994 12) 537 20 88