Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 17:59:00
AMEA işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq  

"Akademiya işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaratmağı nəzərdə tutur".

AzEdu.az xəbər verir ki, bunu AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, artıq sistemin yaradılmasına başlanılıb:

"AMEA-nın elmi müəssisələrində.çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər. Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün  olacaq". 

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev bidirib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyəti qurumlar  faydalana biləcək.

R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək .