XƏBƏRLƏR

08.08.2019 10:46
Rezidenturanın boş qalan plan yerlərinə qəbul bu gün başa çatır

Rezidenturanın  boş qalan plan yerlərinə ərizə qəbulu artıq elan edilib.

AzEdu.az xəbər verir ki, boş qalan plan yerlərinə ərizə qəbulu bu gün başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər DİM-ə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul olanların qeydiyyatı başa çatıb. Boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək istəyən və ixtisas seçiminə buraxılmış namizədlər 7 və 8 avqust 2019-cu il tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, A. Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

İlin gənc müəllimi-Müraciət formu