XƏBƏRLƏR

01.08.2019 11:25
Qəbul olunanlar göstərilən tarixdən əvvəl qeydiyyatdan keçə bilər? - Cavab

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-ı oğlan, 234-ü isə qızlardır.

Rezidenturaya qəbul olanlar 2 avqustacan sənədlərini müvafiq qurumlara təhvil verərək  qeydiyyatdan keçməlidirlər. Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olunanlar isə müvafiq sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirlikdə qeydiyyatdan keçəcək rezidentlər üçün ixtisaslara uyğun olaraq müəyyən gün və saat ayrılıb.

Məsələn, Fizioterapiya və tibbi bərpa, Yoluxucu  xəstəliklər, Psixiatriya ixtisaslarına qəbul olunanlar bu gün 09.30-13:00, Kardiologiya, Narkologiya, Endokrinologiya, Sosial  gigiyena və səhiyyənin təşkili ixtisaslarına qəbul olunanlar isə 14.00-16:30 saatlarında qeydiyyatdan keçməlidirlər.

Rezidentləri maraqlandıran digər məqam da elə bununla bağlıdır.

Sual:

Qəbul olunduğum ixtisas üçün qeydiyyat tarixi 2 avqust göstərilib. Qeydiyyatdan daha tez keçməyim mümkündür? Yoxsa, mütləq Səhiyyə Nazirliyində göstərilən tarixlərdə olmalıdır?

Cavab:

AzEdu.az  Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, rezidentin ixtisasına uyğun olaraq, nazirliyin qeyd etdiyi tarixlərdə qeydiyyatı mütləqdir. Rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməmələri onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

Xatırladaq ki, rezidentlərin müvafiq qurumlarda qeydiyyatından sonra onların kliniki bazalarda qeydiyyatı başlanacaq.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu