Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 11:29:00
“ADNA qurbanlarının xatirəsinə ehsan süfrəsi verilib” - ADNSU rəsmisi

“Universitetdə təşkil olunan tədbirdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, terrorda dünyasını dəyişənlərin yaxınları, qohumları da iştirak ediblər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisəsində terror qurbanlarının anım günü keçirilib:

“Terror aktı 09:30 radələrində baş vermişdi. Bu gün eyni vaxtda anım mərasimi keçirilib. Terror qurbanlarının xatirəsinə bir müddət əvvəl ucaldılan abidənin önünə əklil qoyulub və rektor Mustafa Babanlı çıxış edib. Tədbirin rəsmi hissəsindən sonra ehsan süfrəsi verilib. Ehran süfrəsi arxasında rektor, prorektorlar, terror qurbanlarının qohumları, yaxınları və universitetin tələbə-məllim heyətilə birgə müzakirələr aparılıb. Terror qurbanlarının xatirələrindən danışılıb”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları