XƏBƏRLƏR

26.07.2019 09:20
 Bu ixtisas qrupu üzrə bütün abituriyentlər  universitetə daxil ola bilərlər – Amma bir şərtlə...

 “I ixtisas qrupu üzrə düzgün ixtisas seçimi edən hər kəsin ali məktəblərə qəbul olunmaq şansı yüksəkdir”.

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, I qrupla müqayisədə IV qrupda müsabiqə vəziyyəti daha gərgindir:

“I ixtisas qrupunda plan yerlərinin sayı 15.223 olduğu halda, müsabiqəyə qatılanların, yəni 150 və daha artıq bal toplayanların sayı 15.101 nəfərdir. Bu o deməkdir ki, abituriyentlərin hər biri düzgün ixtisas seçimi edərsə, onlarının hamısının ali məktəbə daxil olmaq imkanı var.  Üstəlik, bu qrup üzrə müəyyən sayda plan yeri boş qalacaq.

IV ixtisas qrupunda isə vəziyyət belə deyil. Bu qrup üzrə 3.710 plan yeri ayrılıb.150 və daha artıq bal toplayanların sayı isə 4.082 nəfərdir”.

Xatırladaq ki, canlı yayımı izləyə bilməyənlər qeyd olunan linkə daxil ola bilərlər:

https://www.facebook.com/azedu.az/videos/350509178954045/

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu