Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:23:27
“Abituriyent” jurnalı nəşrlərinin elektron versiyalarını onlayn əldə etmək mümkündür - FOTO  

Abituriyentlər 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid ballarının olduğu “Abituriyent” 2, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” nümunəsinin olduğu “Abituriyent” 3, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun çap edildiyi “Abituriyent” 4, “ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatların təqdim olunduğu “Abituriyent” jurnalının xüsusi buraxılışı, I və IV ixtisas qruplarında müsabiqədə iştirak hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların elektron versiyalarını əldə edə bilərlər.

AzEdu.az xəbər verir ki, jurnalların elektron versiyalarını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür (http://eservices.dim.gov.az/ejurnal/).

“Abituriyent” jurnalı redaksiyasının digər nəşrlərinin də elektron versiyalarını DİM-in saytından, çap versiyalarını isə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M; və Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.