Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 10:20:00
Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək

İyulun 14-də rezidenturaya qəbul üzrə müsabiqənin ixtisas biliklərinin qiymətləndirilməsi imtahanı - II mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə imtahanda iştirak etmək istəyənlər üçün buraxılış vərəqələrinin çapı davam edir.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlayacaq. 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, imtahanın II mərhələsində iştirak etmək üçün 447 namizəd qeydiyyatdan keçib. Onlardan 299 nəfəri qız, 148-i isə oğlandır. 394 namizəd Azərbaycan, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları