XƏBƏRLƏR

12.07.2019 10:23
Rezident olmaq istəyənlərin diqqətinə - Buraxılış vərəqələrinin çapı davam edir  

Rezidenturaya qəbul imtahanının  iyulun 14-də keçiriləcək II mərhələsində iştirak edəcək namizədlərin buraxılış vərəqələrinin çapına artıq başlanılıb.

AzEdu.az xəbər verir ki, imtahana buraxılış vərəqəsini çap etmək üçün  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlayacaq. 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın II mərhələsində iştirak etmək üçün 447 namizəd qeydiyyatdan keçib. Onlardan 299 nəfəri qız, 148-i isə oğlandır. 394 namizəd Azərbaycan, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu