Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 21:50:00
Prezident Müsavatçı alimi mükafatlandırdı - FOTO

"31 illik cümhuriyyət tarixi araşdırmalarıma diqqət göstərildi".

AzEdu.az xəbər verir ki, bunu  Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublu bildirib.

Nəsiman Yaqublu bildirib ki, cümhuriyyət haqqında ilk məqaləsini 1988-ci ildə yazıb: "Bu Əhməd Cavadla və onun fəaliyyəti ilə bağlı idi. İkinci kitabımı 1990-cı ildə yazdım - M.Ə.Rəsulzadə ilə bağlı. Bütün bunlar sovet dövründə oldu. Müstəqil Azərbaycan dövründə nəşr edilən kitablarımın sayı 23-ə qədərdir. Bu işlərə müəyyən diqqət göstərilməsi təbii ki, insanda məmnunluq doğurur. Lakin Cümhuriyyətimizə və başda M.Ə.Rəsulzadə olmaqla qurucularımıza daha da çox diqqət artırılmalıdır".