Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 10:37:00
Rezidentura imtahanında ən çox və ən az bal toplayan məzunlar

Rezidenturaya qəbulun II mərhələsi artıq yaxınlaşır. Dövlət İmtahan Mərkəzinin yeni nəşr edilən “Rezidentura 3” jurnalı imtahanqabağı bakalavrlara istiqamət göstərir.

Jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Jurnalda rezidentlərin nəticələri də fakültələr üzrə, statistik formada yer alıb.

AzEdu.az xəbər verir ki, statistikaya əsasən, Müalicə işi və pediatriya fakültələrində ən yüksək bal hərbi tibb  məzunları istisna olmaqla 86 – 90 bal aralığında olub.

Bu fakültə məzunlarından 3 nəfər yüksək göstərici ilə fərqlənib. Onlar 76- 90 bal aralığında nəticə göstəriblər. 36 – 40 intervalında bal toplayanlar 94 nəfərdir və isə sayca üstünlük təşkil edirlər.

Stomatologiya fakültəsi məzunları arasında bu göstərici 66 – 70, Tibbi profilaktika məzunları üçün isə 61 – 65 olub. Tibbi profilaktika istiqamətində 31 – 35 bal toplayanlar üstünlük təşkil edir.  Onların sayı 20 nəfərdir.

Müalicə işi və peiatriya məzunları arasında ən aşağı bal 1-5 intervalında qeydə alınıb. Stomatologiya məzunları üçün bu göstərici 16 – 20, tibbi profilaktika məzunları üçün isə 21 – 25 olub.

Qeyd edək ki, ixtisas seçimi zamanı müsabiqənin I və II mərhələsində toplanan balların cəmi nəzərə alınır. I mərhələdə 40-dan çox bal toplayanlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak hüququ qazanıblar. Buna əsasən deyə bilərik ki, müsabiqənin  II mərhələsində Müalicə işi və Pediatriya fakültələri məzunlarından (Hərbi tibb fakültəsi istisna olmaqla) 327, Stomatologiya məzunlarından 23, Tibbi profilaktika məzunlarından isə 46 nəfər iştirak edəcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları