XƏBƏRLƏR

26.06.2019 12:31
Rezidentura təhsili üçün builki plan yerləri –  İxtisaslara görə təhsil haqqı

 

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Jurnalda ödənişli əsaslar üçün nəzərədə tutulmuş plan yerləri də əks olunub.

AzEdu.az DİM-in “Rezidentura 3” jurnalındakı qeydlərə istinadən xəbər verir ki, 2019-2020-ci tədris ilində rezidentura təhsili üçün hər biri Naxçıvan Dövlət Universitetində olmaqla, cəmi 12 plan yeri nəzərdə tutulub.

Naxçıvan Dövlət Universitetində ödənişli plan yerləri Anesteziologiya – reanimotologiya, Ümumi cərrahiyyə, Otplorinqologiya, Travmotologiya – ortopediya, Terapiya, Kardiologiya, Yoluxucu xəstəliklər, Fitiziatriya, Pediatriya, Sosial gigiyena və səhiyyənin təşkili ixtisaslarına hər bbirində 1 yer olmaqla paylanıb.

Yalnız Stomatologiya ixtisasına ödənişli əsaslarla 2 yer ayrılıb.

İxtisaslar üzrə təhsil haqqı ödənişli əsasalarla nəzərdə tutulmuş Anesteziologiya – reanimotologiya, Ümumi cərrahiyyə, Otolorinqologiya, Travmotologiya–ortopediya, Terapiya, Kardiologiya,  Pediatriya, Stomatologiya ixtisaslarında 3000, Yoluxucu xəstəliklər, Fitiziatriya, Sosial gigiyena və səhiyyənin təşkili ixtisaslarında isə 2000 manatdır.

Qeyd edək ki, Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu