Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-26 14:28:00
Magistraturaya qəbulun II mərhələsi başa çatdı – Cavablar nə zaman bilinəcək?

Magistraturaya qəbulun II mərhələsi başa çatdı – Cavablar nə zaman bilinəcək?

Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb.

Xatırladaq ki, bu il ilk dəfə olaraq Bakı şəhərində imtahan verən bakalavrlar 53 nömrəli proqram üzrə test imtahanını kompüter vasitəsilə veriblər.

Mayın 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.