Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 14:47:00
ABŞ və Britaniyada təhsil alan bank rəhbərləri – SİYAHI  

Hazırda xarici ölkələrin universitetlərində təhsil almış Azərbaycanlı məzunların sayı yüzlərlədir. Onların arasında hazırda yüksək dövlət vəzifələrində çalışan məmurlar, müxtəlif özəl qurumlara rəhbərlik edən şəxslər də az deyil.

AzEdu.az xəbər verir ki, SOSİUM.az dünyanın aparıcı universitetlərində təhsil alan və hazırda ölkəmizin bank sektoruna rəhbərlik edən şəxslərlə bağlı araşdırma aparıb.

“Paşa Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov London Business School (Böyük Britaniya) və Harvard Business Schoolun (ABŞ) məzunu olub. Bundan öncə isə Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb.

Xatırladaq ki, hər iki təhsil ocağı dünyaca məşhurdur. Harvard Universiteti isə ABŞ-ın ən mötəbər universitetidir. Bu ali məktəbi bitirənlər arasında hazırda dünyanın müxtəlif dövlətlərinə rəhbərlik edən siyasətçilər və məşhurlar var.

«AccessBank»ın İdarə Heyətinin sədri Anar Həsənov ABŞ-ın Pensilvaniya Universiteti nəzdində «Ali Bank Məktəbi»ni bitirib. Eyni zamanda Türkiyənin İstanbul Universitetini bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcələri üzrə bitirib.

Pensilvaniya Universiteti ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşir və ABŞ-da ilk universitet statusu almış ali məktəbdir.

«Bank of Baku»nun İdarə Heyətinin sədri Eldar Həmidov Britaniyanın «Heriot-Watt University» Universitetində beynəlxalq bank və maliyyə təhsili alıb. Bundan öncə isə «Xəzər» Universitetinin məzunu olub.

«Heriot-Watt University» Birləşmiş Krallığın aparıcı ali məktəblərindən biridir. Bu ölkənin universitetləri arasında «ilk 10-luğ»a, Avropanın isə «ilk 20-liyi»nə daxildir.

«Rabitəbank»ın İdarə Heyətinin sədri Elçin Qədimov ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

ABŞ-ın cənub-şərq bölgəsində yerləşən bu təhsil müəssisəsinin tərkibinə 14 dörd illik ictimai universitet, bir çox iki illik ictimai kollec və 17 özəl bakalavr və magistr səviyyəli universitet daxildir.

Muğan Bank”ın İdarə Heyətinin sədri Elmir Həsənov “Strathclyde Business School”-da MBA proqramını bitirib. Bundan öncə isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

1948-ci ildən fəaliyyətə başlayan bu təhsil ocağı əsasən biznes və idarəetmənin inkişafı üzrə təhsil verir. Məzunları arasında dünyanın müxtəlif dövlətlərindən olan minlərlə şəxs var.

«Nikoil Bank»ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia London Biznes Məktəbinin MBA üzrə məzunu olub. Bundan öncə isə Tbilisi Dövlət Universitetini bitirib

London biznes məktəbi London Universitetinin (University of London) biznes məktəbidir və əsası 1964-cü ildə qoyulub. «Financial Times» nəşrinin tərtib etdiyi dünyanın ən nüfuzlu biznes məktəbləri reytinqində (Financial Times Global MBA Rankings 2010) ilk pilləyə sahib olub.