Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-18 10:24:51
“Astronomiyanı orta məktəb proqramından çıxarmaq düzgün deyildi” - Rəsədxana direktoru  

Rəsədxana olaraq ən yaralı yerimiz kadr hazırlığıdır. Cavan kadrlarımız digər elm sahələrinə olduğu kimi astrofizikaya da maraq göstərmirlər. Bu elm sahəsinin özünəməxsus çətinlikləri var. Məsələn, gecələr teleskopların yanında dayanmaq, havanı güdmək, fürsətdən istifadə edib obyekti müşahidə və analiz etmək lazımdır. Bu kimi çətinliklər bizə kadr potensialımızı gücləndirməyə imkan  vermir. Buna baxmayaraq, elm fədailəri var ki, onların içərisində qızlar üstünlük təşkil edirlər. Ümid edirəm, xarici əlaqələri genişləndirib, onları dünyanın müxtəlif ölkələrinə göndərə biləcəyik”.

Bunu AzEdu.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov deyib. O, həmçinin, orta məktəblərdə Astronomiya fənninin ləğvinin  gənclərin bu sahəyə marağının azalmasından da danışıb:

“Astronomiya fənninin ləğvinin bu sahəyə marağın azalmasında  çox böyük təsiri oldu. Rəsədxanaya gələn azyaşlı uşaqlar da kosmosda nələrisə müşahidə etmək istəyir, suallar verirlər. Astronomiyanı orta məktəb proqramından çıxarmaq düzgün deyil. Bu barədə Təhsil Nazirliyinə müraciət etməyə və ortaya vacib faktları qoymağa hazırlaşırıq. Bu fənn insanın bütünlükdə dünyagörüşü deməkdir. Astronomiyaya “barmaqarası” baxmaq düzgün deyil. Sözügedən fənn Avropa ölkələrində  orta təhsil səviyyəsində tədris olunur. Fənnin tədrisi Rusiyada da ləğv edilsə də, 6-7 ildir, bərpa olunub. Bizdə də bərpa olunmalıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları