Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 09:30:00
Elm Tarixi İnstitutunun  əməkdaşları təmas xəttindəki əsgərlərimizlə görüşüblər - FOTO

 

AMEA Elm Tarixi İnstitutunun əməkdaşları Legion Hərbi Vətənpərvərlik Klubu və Cavad xan Tarix və Mədəniyyət Fondunun  üzvləri ilə birlikdə düşmənlə təmas xəttində xidmət edən əsgərlərimizlə görüşüblər.

 AzEdu.az institutun mətbuat xidmətinə istinadənm xəbər verir ki, görüşün təşkilində məqsəd Vətənin keşiyində ləyaqətlə dayanan hərbçilərimizə ehtiramı bildirmək, onların arxasında təkcə dövlətin deyil, həm də Xalqın dayandığını bariz nümayiş etdirmək olub.

Görüşdə iştirak edən Respublikanın Xalq artisti Nurəddin Mehdixanlının Lələ Təpə yüksəkliyində keşik çəkən əsgərlər qarşısında özünəməxsus tərzdəki çıxışı təkcə əsgərlərdə deyil, həmçinin dinləyən hər kəsdə böyük ruh yüksəkliyi yaradıb.

 Elm Tarixi İnstitutunun əməkdaşı Elcan Orucov hərbi xidmətdən sonra təhsilini davam etdirmək arzusunda olan əsgərlərə bu istiqamətdə ən düzgün yol seçimi üçün respublikada yaradılan şərait və imkanlar barədə məlumatlar verib.

 Əsgərlərlə görüşdən sonra qonaqlar 2016-cı il aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi ərazisində salınmış  "Qayıdış" qəsəbəsindəki  həyat şəraiti ilə tanış oldular.

Doğma yurduna yenidən qayıtmış kənd sakinləri ziyarətçilər üçün çay süfrəsi açmışdı. Süfrə arxasında Cocuq Mərcanlılar üçün yaradılmış şərait və Vətənin azad olunması mövzusunda söhbətlər aparıldı.