XƏBƏRLƏR

14.03.2019 17:10
Tanınmış şair Vüqar Əhməd şöbə müdiri təyin olundu 

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər (HEB) Bölməsinin növbəti Ümumi yığıncağı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
Akademik İsa Həbibbəyli iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

 Müzakirədən sonra bir sıra qərarlar qəbul olunub.

Eyni zamanda tanınmış ədəbiyyatşünas alim, samballı monoqrafiyar müəllifi, filologiya üzrə elmlər doktoru, professor, sevilən şair Vüqar Əhməd Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

İlin gənc müəllimi-Müraciət formu