XƏBƏRLƏR

13.03.2019 12:13
NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO

NASA Herkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, NGC 6052 obyekti yüksək dəqiqlikli “Habbl” teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib.

Oxşar aqibət Süd yolunu da gözləyir. Bizim qalaktika dörd milyard il sonra qonşu Andromeda ilə toqquşacaq.

İlin gənc müəllimi-Müraciət formu