Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 15:55:00
Azərbaycanlı alim ABŞ-da tədqiqat aparıb  

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun virusologiya qrupunun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev 6 ay müddətində ABŞ-da elmi ezamiyyətdə olub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Eldar Mustafayev ABŞ-ın Azərbaycandakı səfirliyinin 2018-2019-cu il üçün elan etdiyi “Fulbright” elmi-tədqiqat proqramının qalibi olub və Nyu-Yorkda yerləşən Kornell Universitetində tədqiqat aparıb.

“Azərbaycanda üzüm və meyvə bitkilərində yayılmış virus populyasiyalarının xarakteristikası və genetik müxtəlifliyi” mövzusunda tədqiqat işi dünya şöhrətli alim, professor Mark Fuksun rəhbərliyi altında yerinə yetirilib. İşin əsas məqsədi meyvə və üzüm bağlarında yayılmış virus mənşəli xəstəlikləri dərindən tədqiq etməklə, bağları xəstəliyin mənfi təsirindən qorumaqdır.