Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 20:03:00
Peşə Təhsil Mərkəzinin tələbələri Sumqayıt Texnologiyalar Parkında

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində elektrik-qaz qaynaqçısı və geniş profilli dəzgahçı ixtisası üzrə təhsil alan tələbələrin Sumqayıt Texnologiya Parkına (STP) infoturu təşkil olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, tur zamanı tələbələr STP-də fəaliyyət göstərən qaynaq quraşdırma və mexaniki emal zavodlarında, dəqiq emal sexində istehsal prosesini izləyiblər. Mütəxəssislər tələbələrə yeni texnologiya və avadanlıqların iş rejimi, emal prosesi haqqında ətraflı məlumat veriblər.

 

Qeyd edək ki, peşə təhsili müəssisələrində təhsil alanların müxtəlif sənaye müəssisələrinə infoturu “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarının yüksəkixtisaslı kadrlara olan tələbatının təmin edilməsi, müəssisələrlə sıx əlaqələrin yaradılması məqsədilə təşkil olunur.