Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 16:31:15
Kolleclərə qəbul imtahanlarında iştirak üçün tələb olunan ödənişlər – Buradan öyrənin  

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Müsabiqədə iştirak ödənişlidir. Tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən orta məktəb məzunları üçün cari ildə keçirilən imtahanda iştirak dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Digər abituriyentlər isə kolleclərə qəbul imtahanlarında iştirak etmək üçün aşağıda göstərilən məbləğdə ödəniş etməlidirlər:

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda 1dəfə iştirak üçün - 20 Azn;

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün - 20 Azn;

Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanında 1 iştirak üçün - 10 Azn;

Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahanda 1 iştirak üçün – 10Azn;

Cari il məzunlarının qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni imtahanında 1 iştirak üçün – 10Azn;

Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin cari il məzunlarının (istədikləri halda) verdikləri xarici dil fənni imtahanı 1 iştirak üçün – 10Azn.

Qeyd:Şəxsi kabinetinizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. Şəxsi kabinetinizin hesabına köcürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı tutulacaq.

Xatırladaq ki, ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları