Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 16:47:00
Koreyalı alimlər Azərbaycana gəlib

Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - Eun Yo Kim, So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

AMEA-dan AzEdu.az-a bildirilib ki, məqsəd parkda həyata keçirilən layihələr və istehsal edilən məhsullarla yaxından tanışlıq olub.

Əvvəlcə YT Parkın yeni yaradılmış Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkən qonaqlara məlumat verilib ki, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada qaz və maye qazlarda, neft və neft-kimya məhsullarında, həmçinin istehlak mallarında toksik elementlərin dəqiq sınağı aparılır.

Parkın rezidentləri - Təcrübə-Sənaye Zavodunun və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə tanış olan koreyalı qonaqlara burada beynəlxalq standartlara cavab verən 100-dən çox adda yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli sənaye və sürtkü, həmçinin mühərrik yağları, o cümlədən yüksək müalicəvi effektə malik “Ağ Naftalan” yağının istehsal olunduğu bildirilib. Bundan əlavə, YT Park tərəfindən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə kənd təsərrüfatında istifadə olunan hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların hazırlandığı vurğulanıb.

Koreyalı alimlər YT Parkın fəaliyyətindən məmnunluqlarını ifadə ediblər.