Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 12:32:00
Azərbaycanlı alimlərin məqaləsi beynəlxalq jurnalda nəşr olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının ağac və kol bitkilər laboratoriyasının müdiri, professor Elman İsgəndər və AMEA Dendrologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vaqif Novruzovun həmmüəllifi olduğu ”Yaşıllıqlarda istifadə olunan fanerofitlərin ekoloji təhlili” məqaləsi “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Ciencia e Tecnica Vitivinicola” jurnalında nəşr olunub.

AzEdu.az-ın məlumatına görə, məqalədə Abşeron yarımadasında yaşıllaşdırmada istifadə olunan fanerofitlərin bəzi ekoloji amillərə qarşı münasibəti təhlil edilib.