Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 15:03:00
Nazir tələbə ikən aldığı təqaüddən danışıb, müqayisə apardı  

Bu gün Təhsil Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirilib. 

AzEd.az xəbər verir ki, konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib ki, hazırda dövlət sifarişli yerlər bəlli istiqamətlərə bağlı olaraq təyin edilir: 

“Sadəcə, sosial-iqtisadi vəziyyətlə əlaqədar digərləri ilə müqayisədə müəyyən ixtisaslarda daha çox dövlət sifarişli yerlər müəyyən edilə bilər. Məsələn, son illər informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı ixtisasları ilə bağlı dövlət sifarişli yerlərdə artım olub. Xatırladım ki, ötən il ümumilikdə dövlət sifarişli  yerlərin sayı 12324 idi”. 

Nazir öz tələbəlik illərində verilən təqaüdlərin miqdarını da hazırkı tələbə təqaüdləri ilə müqayisə edib. Öncə isə vurğulayıb ki, təqaüdlərə ümumi artım 25 milyon  manat təşkil  edəcək: 

“Təqaüd almaq hər tələbənin istəyidir. O zaman biz daha çox təqaüd üçün can atırdıq. Məbləğ  olaraq bunu müzakirə etmək çətindir. O vaxt adi təqaüd 40-45, əlaçı təqaüdü isə 60 manat civarında idi. İndi isə fərqli dövrdə yaşayırıq. Valyuta da dəyişib. Düşünürəm ki, bu vəsait, mən 1990-1995-ci illərdə  tələbə  olanda aldığım  təqaüddən daha yüksək idi”. 

Qeyd edək ki, tələbə təqaüdlərinin artımı dövlət ali təhsil müəssisələri ilə bərabər, özəl universitetlərə də aid ediləcək. Artım ümumilikdə 110 000-dən artıq tələbə kontingentini əhatə edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları