Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 16:40:00
Gələcəkdə insanlar maşınlarla necə rəqabət aparacaq?

Bu gün mövcud olan işlərin çoxu 10 il bundan öncə yox idi. Bundan 10 il sonra da texnologiya böyük ehtimalla bugünün iş yerlərini əvəz edəcək. Bəs maşınlar iş yerlərində mühüm yer tutmağa başlayanda, işçilər nə edəcək?

Cennail Çavez, adətən, kişilərin çoxluq təşkil etdiyi bir sənət seçəndə tərəddüd etməyib.

Biz insanlara yaxşı ünsiyyət qurmağı, komanda halında işləməyi öyrədirikmi? Bunu orta məktəb və ya ali təhsil ocaqlarında edirikmi? İnsanlara sintez və analiz etməyi öyrədirikmi?

“Mənim şəxsiyyətimə uyğun peşəyə ehtiyacım var idi. Mən də inşaat sektoruna daxil olmağa qərar verdim. Uşaq vaxtı həmişə nəyisə düzəldib-sökürdüm”- deyə, dülgərlik tələbəsi Çavez bildirir.

Lakin qısa müddət sonra Çavez dərk etdi ki, onun öyrəndiklərini çox yaxında maşınlar həyata keçirə bilər.

“Mən ev tikən 3-D printerlərə rast gəldim və “Bu, ola bilməz. Mən inşaat sektorundayam, bəs indi mən nə edəcəm?”-dedim.

“İndi yeni bacarıqlar öyrənmək iqtisadiyyatın böyük bir hissəsidir” - deyə, Los Anceles Texniki Peşə Kollecinin prezidenti Lourens Frank bildirir.

Lorens deyir ki, işçilər inkişaf edən texnologiya ilə ayaqlaşmaqüçün davamlı olaraq yeni bacarıqlar öyrənməli olsalar da, insan beynini tələb edən işlər hələ ki, yoxa çıxmayacaq.

“İnşaatda xidmət və ya təmir işləri görənlər, yəni santexniklər, elektriklər və buna bənzər, hər zaman hər hansısa problem həll etmək üçün ehtiyac olan peşələr, təhlükə altında deyil”-Frank deyir.

Yumşaq bacarıqların olması da işçilərə gələcəkdə işsiz qalmamağa kömək edəcək.

“Biz insanlara yaxşı ünsiyyət qurmağı, komanda halında işləməyi öyrədirikmi?Bunu orta məktəb və ya ali təhsil ocaqlarında edirikmi? Biz insanlara sintez və analiz etməyi öyrədirikmi”? – deyə Ceyn Oats sual edir.

Ceyn Oats amerikalı işçilərə gələcək işlərə hazırlanmağa yardım edən İşləyən Xalq adlı kampaniyanın prezidentidir. O deyir ki, Birləşmiş Ştatlarda bir çox məktəb və universitet tələbələri hazırlamaq üçün texnoloji irəliləyişlə ayaqlaşmırlar.

“Onlar köhnəlmiş şeylər öyrədir, çünki professorların işi budur. Onlar biznes sahəsindən insanları müəllim kimi işə götürməlidirlər. Universitetlərdə softveyr yaratmağı bacaran müəllimlər yoxdur. Onlar hələ təzə-təzə kodlaşdırmanı öyrənir”, Oats söyləyir.

Sənaye mütəxəssislərinin yanında təcrübə keçmək yardım edə bilər.

“21-ci əsrdə yeni paradiqmaya necə uyğunlaşmalı olduğumuzu öyrənməyə hər zaman davam edəcəyik”, o deyir.

Cennail Çavez deyir ki, peşə məktəbini bitirəndən sonra o, bir neçə il işləyib, daha sonra yenidən elektrik və günəş enerjisi sahəsində təhsil almağı planlaşdırır.(amerikanın sesi)