Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 17:54:42
Azərbaycanda məktəb binası uçdu? - AÇIQLAMA

Bu gün mətbuatda Şəmkirdə orta məktəb binasında uçqun olması barədə xəbərlər yayılıb. Məlumata görə, Hadisə Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Qəzalı vəziyyətdə olan məktəbin binasında dərs zamanı uçqun olub. 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə dərs zamanı heç bir uçma hadisəsi baş verməyib:

“Şəkil məktəbin istifadə edilməyən korpusunda çəkilib. Məktəb binası 1978-ci ildə inşa edilib, birtipli olmaqla, 1176 yerlikdir, hazırda 438 şagird təhsil alır. Məktəb binasının əsaslı təmiri üçün aidiyyəti qurumlara müraciət olunub”. 

Qeyd edək ki, hadisə barədə ilk məlumatı A24.az saytı yayıb.