Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 10:59:24
Azərbaycanda rektor əvəzinin idarə etdiyi universitetlər  

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi hələlik rektor olmadan  fəaliyyət göstərir. Bu ali məktəblərdə rektorun səlahiyyətlərini rektor əvəzi təyin olunan şəxs icra edir. 

AzEdu.az rektor əvəzi rəhbərliklə fəaliyyət göstərən universitetləri təqdim edir: 

Bakı Dövlət Universiteti - Noyabr ayının 15-də Prezident İlham Əliyev akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Bundan sonra rektorun səlahiyyətləri biraylıq universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən professor İradə Əliyevaya tapşırıldı. 

Müddət başa çatdıqdan sonra isə BDU-da rektorun səlahiyyətləri təhsil nazirinin müavini Firudin Qurbanova həvalə olundu.

Azərbaycan Texniki Universiteti – AzTU-nun keçmiş rektoru Havar Məmmədov 2016-cı ildə bu vəzifədən azal edilərək Bakı Mühəndislik Universitetinin rektoru təyin olunub.

2016-cı ilin sentyabrında təhsil nazirinin əmrinə əsasən, AzTU Elmi Şurasının sədr müavini, Təhsil və elm komissiyasının sədri  Xalıq Yahudov rektor səlahiyyətlərinin icrasına başlayıb.  Artıq iki ildir, AzTU-nun rəsmi rektoru yoxdur. 

Lənkəran Dövlət Universiteti – LDU hazırda rektorsuzdur. Prezident İlham Əliyev 2016-cı ildə Asəf İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Həmin ildən professor Natiq İbrahimov universitetdə rektor vəzifəsini rektor əvəzi olaraq icra edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları