Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 17:20:00
ABŞ-ın məşhur universitetlərində oxuyan azərbaycanlı tələbələrin sayı – Zəif göstərici

“ Dünyanın ən yaxşı 10 ali məktəbindən  biri olan Yale Universitetinə ötən  ilin  statistikasına əsasən, yanlız  bir  azərbaycanlı  tələbə qəbul olub.  Həmin universitetdə oxuyan  türkiyəli tələbələrin sayı  51-dir”.   

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı xaricdə təhsil məsələləri üzrə mütəxəssis, mərkəz  rəhbəri Miryusif  Cavadzadə bildirib.

Onun sözlərinə görə, ora cəmi bir tələbəmizin  qəbul olmasını səbəbi  az çalışmaq və  tələblərə  cavab verənlərin  olmamasıdır.

 “Son 3 ilə 153 türkiyəli  tələbə Yale Universitetinə təhsil üçün yollanıb. Türkiyə Yale Universitetinə  tələbə  sayına görə ön sıralara daxil olur. Yale Universitetindəki akademik heyətə nəzər salsaq görərik ki,  orada Türkiyədən 78, Azərbaycandan isə 1 nəfər var”.

Miryusif Cavadzadə bildirib ki, Amerikanın ən yaxşı universitetlərindən biri olan MİT-ə isə Azərbaycandan 6 nəfər qəbul olub:

“Dünyanın ən yaxşı mühəndislik universitetlərindın biri Massaçusets Texnologiya Universietidir ki, son 5 ildə Azərbaycandan oraya 6 nəfər qəbul olub. ABŞ-ın  ən nüfuzlu və tanınmış  dövlət ali məktəblərindən  biri olan  Miçiqan Universitetində isə 1 xanım və 2 bəy olmaqla 3 Azərbaycanlı tələbə təhsil alır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları