Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 12:19:20
“Bakı Dövlət Universitetinin tələbəsi olmağımla fəxr edirəm” - 3 qat dünya çempionu

Bu gün Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.

AzEdu.az xəbər verir ki, qurultayda Bakı Dövlət Universitetinin tələbəsi,sərbəst güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev də çıxış edib. Özü haqda məlumat verərkən bildirib ki, Azərbaycan tarixində sərbəst güləş üzrə 3 qat dünya çempionu olan ilk şəxsdir:

“Buna görə də Prezidentin fərdi təqaüdünə layiq görülmüşəm. Son illərdə ölkəmiz idman sahəsində böyük uğurlar qazanıb. Ölkəmiz çoxsaylı idman yarışlarına ev sahibliyi edib. İdmançı dostlarımızın çoxu həm də tələbə adını qazana biliblər. Onlar digər sahələr üzrə də ixtisaslaşıblar. Gələn il 100 illiyi qey olunacaq Bakı Dövlət Universitetinin tələbəsi olmağımla fəxr edirəm”.

Qeyd edək ki, qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları