Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 11:15:00
Azərbaycanda bütün tələbələr güzəştli kartla təmin olunub - Şahin İsmayılov

Bu gün Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.

AzEdu.az xəbər verir ki, qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov təşkilatın gördüyü işlər barədə məlumat verib. O bildirib ki, Tələbə Gənclər Təşkilatları 2005-ci ildə yaradılıb:

“2009-cu ildə isə Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqları yaradılıb. 2009-dan bugünə qədər 600-dən çox layihə həyata keçirməyi bacarmışıq. 2 000-dən çox tələbənin beynalxalq arenada təmsil olunmasını təmin etmişik. Bütün tələbələr pulsuz şəkildə güzəştli tələbə kartları ilə təmin olunub. Öz işimizi bundan sonra davam etdirmək niyyətindəyik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları