Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 11:00:00
Nazir Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayını açıqladı

AzEdu.az xəbər verir ki, bu gün Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayını keçirir.

Qurultayda çıxış edən təhsil naziri Ceyhun Bayramov  Azərbaycan tələbələrinin ümumi göstəriciləri barədə məlumat verib. O bildirib ki, cari qəbul imtahanlarına qəbulda 41 000 nəfər tələbə adını qazanıb:

“2090 nəfər 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib.

2014-cü ildən Sabah qrupları fəaliyyətə başlayıb. Sabah məzunların 37%-i ölkədə fəaliyyətlərini davam etdirirlər.

İkili diplom proqramları beynalxalq nüfuzun artırılmasında əhəmiyyətli rol oynayır”.

Nazirin sözlərinə görə,  xaricdə təhsil çərçivəsində 3 558 nəfər gənc dünyanın nüfuzlu ölkələrində təhsil alıblar. Ölkədə  86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları