Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-21 10:28:00
Tələbələr fəal olsa, Azərbaycan dünyada  bir o qədər çox təbliğ olunar - Əli Əhmədov

Tələbələr nə qədər fəal olsa, Azərbaycanın dünyada  bir o qədər çox təbliğ olunar”

Bu sözləri Azərbaycan tələbələrinin II qurultayında Azərbaycan Respublikasının baş nazirinin müavini Əli Əhmədov deyib. O bildirib ki, həyata keçirilən siyasətin mərkəzində gənclər, xüsusilə də tələbələr durur:

“Cəmiyyətimiz gəncdir. Gənclərə göstərilən qayğı bütövlükdə Azərbaycan vətəndaşının inkişafı üçün atılan addımlardır. Azərbaycan gələcəyini gənclərlə bağlayır.

Gənclərlə bağlı siyasətin bir çox priaritetləri var: İlk prioritet gəncliyin sağlam böyüməsi ilə bağlıdır. Sağlam bədəndə sağlam ruh olar. İkinci prioritet gənclərin daha yaxşı təhsil alması, üçüncüsü isə onların layiqli vətəndaş kimi böyüməsidir. Gənclər Azərbaycanın tarixini,dilini,mədəniyyətini mənimsəyib bununla qürur duymalıdırlar. Dördüncü priariet gənclərin müasir insanlar kimi yetişməsidir.

Beşinci yerdə isə gənclərin fəallığı gəlir. Tələbələr nə qədər fəal olsa, Azərbaycanın dünyada  bir o qədər çox təbliğ olunar”.

Qeyd edək ki, Qurultay Təhsil Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi  tərəfindən Heydər Əliyev Mərkəzində keçirilir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il sentyabrın 16-da imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları