Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 12:30:02
Dillər Universitetindən dillərə düşən olaya reaksiya – Mətbuat katibi danışdı  

“Azərbaycan Dillər Universitetinin əməkdaşı, ittihamçı Elmira Baxşəliyevanın heç bir ali təhsili yoxdur. O, texnikum belə oxumayıb. Sadəcə,  nə zamansa masaj kurslarını bitirib”

AzEdu.az xəbər verir ki, bu sözləri şəxsi feysbuk hesabında ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib. O, bu məsələylə bağlı geniş açıqlama vermək niyyətində olmadığını bildirib: 

“Geniş açıqlama vermək istəməməyimə səbəb işin məhkəmədə olmasıdır. Sadəcə dostların narahatlığı, israrlı açıqlama almaq cəhdləri müəyyən məqamlara aydınlıq gətirmək zərurəti yaradır. 

İttihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi
edilib. Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib. 

Bunun da öz səbəbləri var: 

1.İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar - laborantların müqavilə və şəxsi işləri göz önündədir.
2. İttihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə oxumayıb. Sadəcə nə zamansa masaj kurslarını bitirib.
3. Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb.
4. Onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir.
5. Laborantların bir neçəsi il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib”. 

Xatırladaq ki, Elmira Bəxşəliyeva Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladan mediaya şikayət dolu məktublar göndərib. Məktubda rektorun fəaliyyəti pislənir və universitet rəhbərliyi ittiham olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları