Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 13:45:00
Yeni qərar bu rektorlara şamil olunacaq? – Beş ildən artıq çalışanlar

Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. 

Bu, Prezident İlham Əliyevin imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb. 

Bəs, Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində 5 il və daha artıq fəaliyyət göstərən rektorlar kimlərdir?

AzEdu.az həmin rektorların siyahısını və vəzifədə olduqları müddəti təqdim edir:

Professor Fərhad Bədəlbəyli - 1991-ci ildən Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilən ADK-nın rektorudur. 27 ildir, bu vəzifəni icra edir.

Professor Gülçöhrə Məmmədova- 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.19 ildir, bu vəzifəni icra edir.

Xalq rəssamı Ömər Eldarov – 2001-ci ildən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib. 17 ildir ki, bu vəzifədə çalışır.

Professor Kamal Abdulla – Hazırda Azərbaycan Dillər Universitetinin rektoru olsa da, 14 il Bakı Slavyan Universitetində bu vəzifəni  icra edib.

Akademik Urxan Ələkbərov  - 2011-ci ildən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru vəzifəsinə təyin olunub. 7 ildir, bu vəzifədədir.

General-mayor Nazim Əliyev – 2011-ci ildən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektorudur. 7 ildir, bu vəzifəni icra edir.

Professor İbrahim Cəfərov - Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. 5 ildir ki, bu vəzifəni icra edir.

Professor Akif Süleymanov -  13 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib. 5 ildir ki, bu vəzifədədir.

Professor  Saleh  Məhərrəmov - 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. 5ildir ki, bu vəzifəni icra edir.

Xatırladaq ki, dövlət ali təhsil müəssisəsində rektorun 5 il müddətinə təyin edilməsi fərmanı qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları