Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 10:45:00
Direktorluq imtahanında  ən çox bal  toplayan müəllimin uğur sirri - Ən ucqar kənddən şəhərə gətirən səbəb

Direktorların işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsində Ən yüksək nəticəni 49 balla Samir Əzimov göstərib.

AzEdu.az Təhsil Nazirliyinə istinadən onun “uğur hekayəsi”ni təqdim edir:

“Niyə müəllim oldum? Çünki bildiklərimi öyrətməyi sevirəm. Məktəblilərə həyatda düzgün yol göstərmək və sağlam nəslin yetişməsində müəyyən mənada rolu olmaqdan şərəfli nə ola bilər? Cəmiyyətdə hər birimizi müəllim yetişdirir. Millətimizin gələcəyi müəllimin əlindədir. Bu şərəfli vəzifəni layiqincə yerinə yetirməyi özümə borc bilirəm.

2006-cı ildə orta təhsilimi başa vurduqdan sonra Azərbaycan Müəllimlər İnstitutunun “tarix-coğrafiya müəllimliyi” ixtisasına qəbul oldum. Ali təhsilimi müvəffəqiyyətlə başa vurduqdan sonra müəllim kimi işləməyə başladım. 2011-2017-ci illərdə Lerik rayon Orand kənd tam orta məktəbdə tarix və coğrafiya fənlərini tədris etmişəm.

Tarix və coğrafiya fənləri üzrə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmə imtahanında iştirak edib, hər iki fəndən 52 bal toplamışam.

2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə tarix fənni üzrə 56 bal toplayaraq Bakı şəhəri 117 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi işləyirəm.

Bu il direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etməyə qərar verdim. İmtahan çox yüksək səviyyədə təşkil olunmuşdu. Müsabiqənin tam şəffaf və obyektiv həyata keçiriləcəyinə inanıram və təşkilatçılara təşəkkür edirəm!”