Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 12:21:19
14 yaşından başlayaraq hər kəs DİM-in imtahanlarında iştirak edir -  Məleykə Abbaszadə

“DİM-ə 1072 nəfərdən təşəkkür məktəbu alıb”.

AzEDu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müəllimlərinin XV qurultayındakı çıxışı zamanı mərkəzin bu günədək gördüyü işlər barədə məlumat verib. O, bildirib ki, DİM publik hüquqi şəxsi 2016-ci ildə yaradılıb:

“Əhalinin bütün yaş qruplarını əhatə edən imtahanların keçirilməsi DİM-in təqvimində əksini tapıb. 14 yaşından başlayan hər kəs DİM-in imtahanlarında iştirak edir.

10 ay ərzində imtahanlarda 641517 iştirakçı, 10 minlərlə müəllim imtahanın idarəetməsində iştirak edib. 48 309 nəfəri imtahan rəhbəri, zal nəzarətçisi, buraxılış rejimi əməkdaşıdır. 1072 nəfəri bizdən təşəkkür məktəbu alıb”.

DİM sədri bildirib ki,  müəllimlər bütün mərhələlərdə iştirak ediblər. İmtahanlara2367 nəfər ekspert, market, tərcüməçilərin cəlb olunub. Əhaliyə 7 milyondan çox elektron xidmət göstərilib. Bakı üzrə 272 elmi-metodiki seminar keçirilib.18 603 nəfər isə qabiliyyət imtahanlarında iştirak edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları