Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 09:15:00
Beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb  

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, mərasimdə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev iştirak ediblər.

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib.

Sonra mərkəzin bədii kollektivi tədbir iştirakçıları qarşısında çıxış edib.

Fransada nağıllar mövzusunda keçirilmiş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən Nərmin Abdullayevanın rəhbərliyi ilə rəsm dərnəyinin üzvləri 17 işlə iştirak ediblər. Səkkiz yaşlı gənc rəssam Dəniz Quliyeva qızıl medala, 16 gənc rəssam isə diploma layiq görülüb.