Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 17:00:28
Kürdəmirdə dərs zamanı uçan məktəb tavanı xəsarətə səbəb olub? –Şöbə müdiri danışdı  

“Məktəbdə elə də  ciddi  problem  yoxdur.  Tavanın 10 kvadrat metr hissəsi qoparaq yerə tökülüb. Xəsarət alan yoxdur və dərslər davam etdirilir”

Bu sözləri Kürdəmir rayon Təhsil  Şöbəsinin müdiri  Natiq Tarverdiyev AzEdu.az-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, tavanın qopan hissəsi mismarlara tab gətirməyib:

“Tavanın 10 kvadrat metr hissəsi qoparaq  yerə tökülüb. Ərazi təmizlənib və dərs davam etdirilir. Uşaqlar bu gün də dərs keçiblər”.

Natiq Tarverdiyev qeyd edib ki, məktəbin binası köhnə vəziyyətdədir:

“Tikinti nəzərdə tutulacaqsa, məktəbin binası yenidən inşa olunacaq. Ancaq gələcək üçün ola bilər ki, hansısa problem yaransın”.

Xatırladaq ki, Kürdəmirdə dərs zamanı məktəbin tavanı uçub. Hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları