Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-26 14:14:21
Direktorların  imtahanında zəif nəticə - Kimsə 50 baldan yuxarı toplamadı  

23-24 noyabr tarixlərində direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi baş tutub. İmtahan kompüterlə təşkil olunduğundan namizədlər nəticələrinə hər zamankı kimi dərhal sonra öyrənə biliblər.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə direktorların işə qəbul imtahanında maksimum göstərici 49 bal olub. Bu nəticəni direktorluğa namizəd Samir Əzimov göstərib.  Növbəti yerdə isə 47  ballıq göstərici ilə Rahim Salamovdur.

Qeyd edək ki, imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə barədə məlumaltar da yaxın vaxtda şəxsi səhifəyə göndəriləcək. Test imtahanında minimum 40 % nəticə göstərənlər, yəni 24 sualı cavablayanlar müsahibə mərhələsində iştirak hüququna sahibdirlər. Müsahibə mərhələsinin dekabrda keçiriləcəyi, növbəti təqvim ilinədək yekunlaşacağı nəzərdə tutulur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları