Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 17:39:26
“Namizədlər yalnız yaşadıqları ərazilərdəki orta təhsil müəssisəsinə direktor təyin oluna bilərlər” – RƏSMİ  

AzEdu.az xəbər verir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə  Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində direktorların işə qəbulu ilə bağlı sualları cavablayıb.

O, namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə direktor seçilməsi, yaxın ərazilərdəki vakansiyaları belə seçə bilməməsi barədə danışarkən qeyd edib ki, burada tam fərqli bir məntiq var:

“Bu, müəllimlərin işə qəbul imtahanlarından fərqlənir. Burada söhbət hansısa müəssisə rəhbəri vəzifəsindən gedir. Buna görə də namizədin kollektiv tərəfindən tanınması, bölgənin xarakterik xüsusiyyətlərinə bələd olması da əsas şərtdir.

Bu səbəbdən namizədlər yalnız yaşadıqları ərazilərdəki orta təhsil müəssisəsinə direktor təyin oluna bilərlər”.

Qeyd edək ki, sabah direktorların işə qəbul imtahanının test mərhələsi keçiriləcək. Saat 10-da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. İmtahan 90 dəqiqə davam edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları