Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 15:10:11
UFAZ modeli əsasında 5  beynəlxalq ikili diplom proqramı  təsis ediləcək – Nazirdən suallara cavab  

Dövlət proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün UFAZ modeli əsasında ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması gözlənilir.

AzEdu.az xəbər verir ki, bu barədə “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na həsr olunan konfransda məlumat verilib.

Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransındakı çıxışında qeyd edib ki, beynəlxalq ikili diplom proqramlarında hansı universitetlərin iştirak edəcəyi hələ məlum deyil:

Dövlət proqramı cəmi bir neçə gündür ki, qəbul olunub. Növbəti aylar ərzində bu suallara aydınlıq gətiriləcək”.

Qeyd edək ki, proqramın maliyyə mənbəsi kimi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti, dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların texniki maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri göstərilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları