Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 10:48:18
DİM abituriyentlərin  dinləmə sualları ilə bağlı bitməyən narazılığına cavab verdi  

IX və XI sinif buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan  6-sı dinləmə  mətni  əsasında tərtib olunacaq.

Müəllim və abituriyentlərin narazılıq etdiyi məqam isə məktəblərdə dinləmə mətni əsasında  dərslərin  keçirilməməsi və orta təhsil müəssisələrinin lazımi vəsaitlərlə   təmin  olunmamasıyla bağlıdır.

Mövzu ilə bağlı  Dövlət İmtahan Mərkəzindən  AzEdu.az-a  bildiriblər ki, buraxılış imtahanlarının məzmunu, yəni təqdim edilən tapşırıqların növü və qiymətləndirmə  qaydası  DİM və Təhsil Nazirliyi tərəfindən birgə müəyyən olunur.

Məlumatda qeyd  olunub ki, tapşırıqların  məzmunu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.12-ci maddəsinə uyğun olaraq,  Azərbaycan  Respublikası  Nazirlər Kabineti tərəfindən təsdiqlənən  dövlət təhsil standartlarına və proqramlarına (kurikulumlara) uyğun  müəyyən  edilir.

Kurikulum standartlarında  da şagirdlərə dinləyib-anlama bacarıqlarının tədrisi və bu bacarıqların yoxlanılması öz əksini tapıb.

Xatırladaq ki, İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları