Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 12:30:00
“Tələbələr yaxın günlərdə diplomlarını əldə edə biləcəklər” – “Təfəkkür”ün prorektorundan müjdə  

“Bütün universitetlərdə diplomlar payız-qış aylarında verilir. Təfəkkür Universitetinin tələbələri də yaxın günlərdə diplomlarını əldə edəcəklər”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru  İlham Musayev deyib. Onun sözlərinə görə, ali məktəb fəaliyyətini hələ də davam etdirir: 

“Universitetdə sessiya imtahanlarına hazırlıq prosesi gedir. Ali məktəbə qəbul dayandırılıb və bu il də qəbul aparılmadı. Diplomlar demək olar ki, hər ali təhsil müəssisəsində payız-qış aylarında verilir. Biz də müdafiə edən tələbələrin işlərini nazirliyə təsdiq üçün göndərmişdik. Yaxın günlərdə tələbələr diplomlarını əldə edə biləcəklər”. 

Xatırladaq ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər  Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin  dayandırılması  barədə qərarın qəbul edildiyini bildirib. 

Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları