Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 12:14:00
“Tələbələrimiz şəhərin küçələrində avaralanıb, 4 ildən sonra diplom alırlar”- Rejissordan sərt tənqid

“Özəl ali məktəblərin yaradılmasında müəyyən maddi maraqların özünü göstərib. Azərbaycan ictimaiyyətində bu ali təhsil müəssisələri ilə bağlı situasiya var:

“Pulumu verirəm, vəssalam!” Ona görə də, özəl universitetlər haqda düşünmək və ölçü götürmək lazımdır”.

Bunu AzEdu.az-a açıqlamasında tanınmış rejissor, Əməkdar İncəsənət Xadimi   Əbdül Mahmudov deyib.   O, özəl universitetlərin fəaliyyəti ilə bağlı AzEdu.az-a danışarkən, maraqlı və kəskin məqamlara toxunub.

Qeyd edək ki, rejissorun saytımıza universitetlər və tələbələrlə bağlı söylədiyi  əvvəlki mülahizələri də kəsərinə görə fərqlənib.

Dövlət universitetləri də başda olmaqla bütün ali məktəblər Bakıdan çıxarılmalıdır. Bakıdan uzaq guşədə şəhərcik salınmalıdır. Hər müəllim, hər universitet tələbəsinə lazımi şərait yaradılmalıdır”

Rejissor qeyd edib ki, dünyanın hər yerində bu təcrübədən istifadə olunur:

“Bu tələbələr səhərdən axşama kimi Bakının küçələrində nə edirlər?! Nə işlə məşğuldurlar?! Professorlar avtobusla, tələbələr “Cip”lə gəzirlər. İslam Universiteti Mədinə şəhərində, Məkkədən təxminən 500 km uzaqdadır. Mədinə şəhərinin özündən də 120 km məsafədə yerləşir. Tələbələr şəhərin küçələrində avaranırlar, 4 ildən sonra gəlirlər ki, biz universitet bitirmişik. Sual verəndə bitirdiyi fəndən sənə cavab verə bilmir".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları