Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 15:13:00
Azərbaycanlı tələbələr bu  şirkətlərin təqaüd proqramlarından faydalanırlar – Rəqabət  və şans

Dünyanın müxtəlif  ölkələrində  böyük şirkətlər tələbələr üçün xüsusi təqaüd proqramları elan edir.

Azərbaycanda da bir neçə şirkət xüsusi tələbələrə təqaüd proqramlarından yararlanmaq üçün şans yaradır.

Hazırda bir çox təqaüd proqramlarına müraciət tarixi başa çatsa da, onlar barədə əksər tələbələr məlumatsızdır.

AzEdu.az  ilk olaraq, Azərbaycanda fəaliyyət  göstərən mobil operatorların təklif etdikləri təqaüd proqramlarını diqqətə çatdırır:

“Nar”mobile-ın 2018-2019-cu tədris ili üzrə Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində  təqaüd proqramı keçirib.

Nəticələrə əsasən, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbə “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alır.

2018-2019-cu tədris ilində təqaüd alacaq tələbələr aşağıdakılardır:

Seyidova Aytən Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs;

Hüseynliİnci İsgəndər qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs;

Mahmudova Aytac  Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 2-ci kurs;

Qəhrəmanova Sevil Qəhrəman qızı, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 3-cü kurs;

Qəmbərov Allahqulu Zəfər oğlu, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 4-cü kurs.

Təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.

Qeyd edək ki, tələbələr üçün təqaüd proqramının elan edilməsi “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində reallaşıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Azercell şirkəti hər il tələbə təqaüd proqramları elan edir. Bu il elan olunan proqramın müddəti artıq başa çatıb.

Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edirlər.

Proqramda ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər

SABAH təqaüd proqramı:

Təhsil Nazirliyi ilə Azercell Telekom MMC arasında imzalanmış anlaşma memorandumuna əsasən Azercell SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayıracaq. Proqramda SABAH qruplarının ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər.

Proqrama region universitetlərinin ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər.

Qeyd edək ki, Təqaüd Proqramına müraciət müddəti 18 oktyabrda başa çatıb.

Bakcell şirkətinin tələbələr üçün nəzərdə tutulan xüsusi təqaüd proqramı yoxdur. Ancaq Bakcell 18-25 yaş arası  gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.

Tələbə və məzunlar üçün nəzərdə tutulan  ikiaylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlərə satış və marketinq sahəsində 2 ay müddətində təcrübə keçmək imkanı yaradılacaq. Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnib, şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar.

http://developtalent.bakcell.com/az səhifəsində “Smart Start” haqqında daha ətrafli məlumat almaq mümkündür.

Xatırladaq ki, növbəti yazılarda Azərbaycanda fəaliyyət göstərən bankların təklif etdikləri tələbə təqaüd proqramları barədə məlumat veriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları